Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlara töhfə vermək üçün daha fəal rol oynamağa ehtiyac yaranarsa, buna hazırdır.
InterPress.ge xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaхidze COP29-un kuluarlarında bildirib.
"Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri ilə fəxr edirik. Əgər iki ölkə arasında danışıqlara töhfə vermək üçün daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq", - o vurğulayıb.
