Tbilisinin Cavaxişvili küçəsindəki kirayə mənzillərdən birində 2 tələbənin meyiti tapılıb.
InterPress.ge xəbər verir ki, 23 yaşlı oğlan və 21 yaşlı qız artıq məhkəmə-tibb bürosuna aparılıb.
Onların ölümünün səbəbi hələ məlum deyil.
Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə istintaq başlayıb.
