07 
Nybr
2024
22:37
212

İrakli Kobaxidze: Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Avropa liderləri ilə görüşüm oldu

"Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində mənim Avropa liderləri, bir sıra baş nazirlər, Şarl Mişel ilə görüşüm olub". 

InterPress.ge xəbər verir ki, bu barədə Budapeştdə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının sözlərinə görə, bu formatlardan həm də tərəfdaşlara mesajların mümkün qədər çatdırılması üçün istifadə edilib.

“Sammit maraqlı keçdi, həm iqtisadi təhlükəsizlik məsələlərinin müzakirə olunduğu tematik görüşdə, həm də Gürcüstanda gedən proseslər, eləcə də Gürcüstan-Aİ münasibətləri barədə birbaşa danışdığım yekun plenar iclasda çıxış etmək imkanım oldu. Əsas müzakirə olunan mövzular bunlar idi. Mənim də Avropa liderləri ilə görüşmək imkanım olub, bir neçə baş nazirlə görüşüm olub, Şarl Mişellə görüşüm olub, orada Gürcüstan-Aİ münasibətləri məsələlərindən danışdıq. Təbii ki, biz mesajlarımızı mümkün qədər tərəfdaşlarımıza çatdırmaq üçün bu formatlardan istifadə etdik”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın