31 
Okt
2024
17:22
326

Mixeil Saakaşvili Zurabişviliyə həmrəyliyini bildirib

Gürcüstanın üçüncü prezidenti Salome Zurabişviliyə həmrəyliyini bildirib və bəyanatında qeyd edib ki, Zurabaşvilinin prokurorluğa çağırılmaqla bağlı təxribata uymaması yaxşı haldır.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili Medvedevin hədəsinə də cavab verib:

“Mən prezident Salome Zurabişviliyə tam həmrəyliyimi bildirirəm və onun təxribata uymaması və rus prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Gördüm ki, xanım Salome Medvedevin hədəsini də qaçırmayıb.

Amma ədalət tələb edir ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır ki, qondarma ittihamlarla həbsdəyəm və istəmirəm ki, bu ədalətsizliyi üzərə çıxaran prezident Zurabişvili bu qanunsuz həbsə görə tarixi məsuliyyətin fiquru olsun. Siz nə düşünürsünüz?” - deyə Mixeil Saakaşvili yazıb.

 

Bizimlə əlaqə saxlayın