Neapolda paltar oğurlayan Gürcüstan vətəndaşı tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Onların məlumatına görə, Neapolda qeyri-qanuni olan 31 yaşlı gürcü mağazalardan birindən paltar oğurlayıb.
Mağazanın mühafizəçisi faktı görüb və gürcü gənci təqib edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayıblar.
