Baş nazir açıqladı: “Gürcüstanda pandemiyanın ikinci dalğası başlayır”
"Gürcüstanda Koronavirus pandemiyasının ikinci dalğası başlayır"
InterPress.ge xəbər verir ki, bu haqda Baş Nazir Qiorqi Qaxaria bildirib.
“Bugünkü 57 yeni yoluxma halı və dünənki 44 yeni hal birbaşa ölkədəki epidemioloji vəziyyətin yavaş-yavaş dəyişdiyini göstərir. Biz, Payızda ikinci dalğanın gələcəyini gözləyirdik. Bildiyiniz kimi, epidemiyanın ilk günündən Gürcüstan hökuməti vaxtında və sürətli addımlar atdı. Bu addımların ən vacib istiqamətlərindən biri, virusun yayılma risklərini idarə etməklə yanaşı, sosial, iqtisadi və hətta siyasi həyatı virus idarəçiliyi şərtlərinə uyğunlaşdırmaq idi. Məsələn, epidemiyanın ilk günlərində səhiyyə sistemimiz gündə 150 PCR testi apardı və bu gün isə biz ortalama 6000-7000 testi yenə də həyata keçirə bilərik. Çox yaxında isə 10 000 test aparma şansımız olacaq" - dedi Qaxaria


