İsrail İrandakı hərbi obyektlərə hücum edib.
InterPress.ge xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"İsrail İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir", - İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
İsrail ordusu qeyd edib ki, bu, İranın oktyabrın 7-də həyata keçirdiyi raket zərbəsinə cavab zərbəsidir.
