10 
Sen
2020
11:51
1762

Gürcüstanda ikinci dalğa nə vaxt ola bilər? - AÇIQLAMA

"Yeni koronavirus halları sadəcə statistikada olan artımdır və Covid 19-un ikinci dalğasının qışda olması gözlənilir".

InterPress.ge xəbər verir ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezugbaia açıqlama verib.

Onun bildirdiyinə görə, bu artım daxili turizm ilə bağlıdır.

"Bu ikinci dalğa deyil, ikinci dalğanın olacağı qış fəslində gözlənilir . Oktyabr ayının sonu və noyabr ayının ortalarında, mövsümi infeksiyaların Covid 19 ilə üst-üstə düşəcəyi zaman ikinci dalğadan bəhs edə bilərik. Bu artım daxili turizm ilə bağlıdır. Qeyd edək ki, onlarla hal artımı tibb sektoru üçün ağır deyil və Səhiyyə Nazirliyi bununla bacarmaq gücünə sahibdir. Əsas odur ki, yoluxma hallarının sayı yüzlərlə olmasın. Özümüzü qorumağımızı xüsusilə gücləndirilməli və tövsüyyələrə riayət etməliyik", - dedi Marina Ezuqbaia.

Ezuqbaianın sözlərinə görə, artıq həm qapalı, həm də məsafənin mümkünsüz olduğu açıq məkanlarda da maskanın istifadəsinə ehtiyac var.

Qeyd edək ki, Gürcüstanda 57 yeni koronavirus halı aşkar edilərək ümumi say 1830-a çatdı. Sağalma sayı 9 dəfə artaraq 1334-ü təşkil etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər