Hökumət iclasları media olmadan keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu gün, saat 11: 00-da, Gürcüstan Hökuməti administrasiyasında iclas təyin edilib.
"Yaranmış epidemioloji vəziyyət və müəyyən Kütləvi İnformasiya Vasitələrində yarana biləcək risklər səbəbindən hökumət administrasiyasının mətbuat xidməti hökumət iclasının işıqlandırılmasını təmin edəcək", - deyə hökumət administrasiyasının mətbuat xidmətinin açıqlamasında deyilir.
