Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Kaxa Kaladze: Siz Gürcüstansınız və siz bu çətin zamanda vətəni bir daha sülhə aparmalı olan insanlarsınız

200
Kaxa Kaladze: Siz Gürcüstansınız və siz bu çətin zamanda vətəni bir daha sülhə aparmalı olan insanlarsınız
Dinləmək üçün basın

"Mən bizim birliyimizdən məmnunam, bu gün çoxlu insanlar bir səbəbdən toplaşıblar - bütün dünyaya başa salmaq üçün ki, Gürcüstan xalqı heç vaxt vətənindən, inancından, azadlığından əl çəkməyəcək!"

"Mən bizim birliyimizdən məmnunam, bu gün çoxlu insanlar bir səbəbdən toplaşıblar - bütün dünyaya başa salmaq üçün ki, Gürcüstan xalqı heç vaxt vətənindən, inancından, azadlığından əl çəkməyəcək!"

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze Tbilisidə keçirilən seçkiqabağı toplantıya toplaşan tərəfdarlara belə müraciət edib.

Kaxa Kaladze 2012-ci ilin seçkiqabağı mühitini xatırladıb və ümid etdiyini bildirib ki, o vaxt olduğu kimi, Gürcüstan bütün çətinliklərin öhdəsindən uğurla gələcək.

“Dostlar, bu şəhər heç vaxt vətənə sədaqətini itirməyib, ölkənin və ana kilsənin taleyinin həll olunduğu yerdə həmişə dayanıb. Gürcü insanı üçün Vətən və iman ayrılmazdır. Siz Gürcüstansınız və bu çətin zamanda vətəni bir daha sülhə aparmalı olan insanlarsınız!

Mən sizə baxıram və yadımdadır, 12 il bundan əvvəl ümidlə, məhz bu yerə toplaşaraq bir-birimizə o vaxt ölkəmizdə hökm sürən qanlı rejimə, ədalətsizliyə, pisliyə mütləq son qoyacağımızı demişdik. Bidzina İvanişvilinin rəhbərliyi altında biz bunu bacardıq, ən əsası isə bunu qansız, sülh yolu ilə edə bildik. O vaxtdan bəri ölkədə çox şeylər yaxşılığa doğru dəyişdi, media azad oldu, biznes azad oldu, heç kim dövlət adına vətəndaşlarımıza işgəncə verməyib. Bunun nəticəsidir ki, bu gün biz sülhə, azadlığa, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan, vətəndaşlarına zülm və sui-istifadə etməyən, onların qayğısına qalan, onlara dəstək olan dövlətə sahibik!

Biz birlikdə bu 12 ildə böyük yol qət etmişik, çoxlu islahatlar həyata keçirmişik və bu gün bizim bütün obyektiv parametrlərə görə Avropa gələcəyinə layiq olan əsl demokratik ölkəmiz var.

Bunu görmək istəyən hər kəs əlbəttə ki, sərbəst şəkildə görə bilər. Biz Avropanı istəyirik, Avropa gələcəyini istəyirik, amma kənardan bizə deyilən şəkildə deyil. Biz kiminsə vassalı olmayacağıq, ölkəyə xaricdən gələn sifarişlərin icraçısı ola bilmərik, biz Gürcüstanın maraqlarından əl çəkməyəcəyik, ölkənin qanla qazandığımız, mənim, sizin, əcdadlarımızın qazandığı suverenliyindən, müstəqillik və azadlığından əl çəkməyəcəyik, baxmayaraq ki, biz ləyaqətli tərəfdaş və dost olmağa hazırıq”, - deyə Kaxa Kaladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →