09 
Sen
2020
20:29
508

Deputat virusa yoluxdu, parlamentin deputatları özünütəcrid rejiminə keçir

Gürcüstan parlamentinin deputatı Levan Qoqiçaişvilinin koronavirusa yoluxmasının təsdiqlənməsi ilə əlaqədar onunla təmasda olan bütün millət vəkilləri özünütəcrid rejiinə keçəcək və koronavirus analizi verəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, deputatın virusa yoluxmasının təsdiqlənməsi ilə əlaqədar parlament binasında müvafiq epidemioloji tədbirlər görüləcək.

"Məlum olduğu kimi, millət vəkili Levan Qoqiçaişvilinin koronavirusa yoluxması təsdiqlənib. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin tövsiyəsinə əsasən, 5 sentyabrdan sonra yoluxmuş şəxslə təmasda olan bütün şəxslər özünütəcrid vəziyyətinə gətiriləcək və müayinədən keçiriləcək. Bundan başqa parlament binasında müntəzəm dezinfeksiya işləri davam edəcək. Binaya daxil olan bütün şəxslər termal yoxlanışdan keçiriləcəklər", - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər