09 
Sen
2020
15:51
5717

Açıqlama verildi - Toylar ancaq bu şərtlə keçirilə bilər

Hökümət rəhbərliyi toyların qadağan edilməsi ilə bağlı qərarını daha da dəqiqləşdirir.

InterPress.ge xəbər verir ki, hökumət administrasiyasında İnterpressNews-a bildirilir ki, nikahın akt şəklində imzalanması qadağan edilməyib və məhdudlaşdırma yalnız tədbirin qeyd olunması ilə əlaqəli hissəyə şamil olunacaq.

Xüsusilə qeyd olunur ki, toyda iştirak edənlərin sayı 10 nəfərdən çox olmamalıdır.

Doğum günlərində, qeyd etmələrdə və digər sosial tədbirlərdə maksimum iştirakçı sayı ən çox 10 nəfər olmalıdır.

Xatırladaq ki, geniş miqyaslı toyların və digər sosial tədbirlərin qadağan edilməsi barədə qərar Koordinasiya Şurası tərəfindən epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilmişdir. Qərar sentyabrın 10-dan qüvvəyə minir.

Bizimlə əlaqə saxlayın