Gürcüstanda neçə nəfərin qumar oynadığı açıqlanıb
“Bu gün Gürcüstanda 1 milyona yaxın insan gəlirli qumar oyunları ilə məşğuldur”.
InterPress.ge xəbər verir, bu barədə “Palitra” radiosunun “Sənin vaxtın” verilişində “Analar qumara qarşı” qeyri-hökumət təşkilatının prezidenti Tamar Caparidze deyib.
Onun sözlərinə görə, ölkədə qumar şirkətlərinin illik dövriyyəsi nəhəngdir və bu, getdikcə artır, buna görə də “Maniveli” beynəlxalq təşkilatı çirkli pulların yuyulması risklərinin aradan qaldırılması üçün Maliyyə Nazirliyinə qanun layihəsinin hazırlanmasını tövsiyə edib.
“Oyunçuların etdikləri mərclə birlikdə şirkətlərin ümumi dövriyyəsi 64,5 milyard lari təşkil edir. Bunun yalnız 20 milyonu əcnəbi qonaqların, qalanı isə yerli sakinlərin mərcləridir.Bu dövriyyənin artdığını görəndə biz Maliyyə və Büdcə Komitəsinin iclasında da, Maliyyə Nazirliyində də bu məsələni qaldırdıq. Məhz o zaman “Maniveli” beynəlxalq təşkilatı Maliyyə Nazirliyinə çirkli pulların yuyulması risklərinə qarşı qanun layihəsi hazırlamağı tövsiyə etdi”, - Tamar Caparidze qeyd edib.


