09 
Sen
2020
09:24
1449

Tamar Baçaliaşvilinin anası yeni açıqlama verdi - Avtomobildə qan izləri tapılıb

"Avtomobildə tapılan qan izləri ehtimal ki, Tamar Baçaliaşviliyə aiddir. Orada damarları kim kəsərdi, ya iynə vururdular ya da zor tətbiq edərək nəisə içirdiblər".

InterPress.ge xəbər verir ki, bu haqda Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili bildirib.

Tamazaşvilinin sözlərinə görə, DNT və barmaq izlərinin avtomobildə tapılmasına baxmayaraq məhkəmə ekspertizasının yekun nəticəsi yenidən yazılıb.

"Bunu ağızlarından eşitməliyəm, o qədər həyasızcasına yalan danışırlar ki, Prokuror çıxır və avtomobildə heç bir DNT-nin tapılmadığını deyir. Nə istəyirlər danışırlar. Nəticənin davamını oxumayacağımızı ümid edirdilər? Evimin qarşısında Toyota Camrinin dayandığına "WiFi" yə daxil olmaqlarına dair və bir çox suala cavabları yoxdur. Tamunanın Norveçə gedəcəyi deşifrə edilib və faktları oraya aparmasın deyə qızımı aradan qaldırdılar", - deyə Tamazaşvili qeyd edib.

Teona Tamazaşvili qeyd edir ki, "biz peyk şəkillərini və FBİ-yə yazılan məktubu oxumaq üçün tələb edəcəyik".

Xatırladaq ki, ekspertizanın nəticəsinə görə, Tamar Baçaliaşvilinin avtomobilində bir neçə yerdə qan ləkələri olub.

Bizimlə əlaqə saxlayın