Marneulidə iş adamlarından pul tələb edən şəxslər saxlanıldı - VİDEO
Polis Kvemo Kartlidə külli miqdarda pul tələb etməyə kömək etmək və başqasının əmlakını dağıtmağa cəhd etmək faktları üzrə 3 nəfəri həbs edib.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Qurumun məlumatına görə, müttəhimlər, müxtəlif dövrlərdə xaricdə yaşayan kriminal avtoritetin tapşırığı ilə Marneuli bələdiyyəsində vətəndaşlardan onları ölümlə və əmlaklarını məhv etməklə hədələyərək külli miqdarda pul tələb ediblər.
“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda pul tələb etməkdə və özgənin əmlakına zərər vurmağa cəhddə qrupla köməklik göstərmək faktları üzrə üç nəfər: 2000-ci il təvəllüdlü R.A. və əvvəllər məhkum olunmuş 2002-ci il təvəllüdlü F.B. və 2001-ci il təvəllüdlü M.E saxlanılıb.
Cinayətlər 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, müttəhimlər, müxtəlif dövrlərdə xaricdə yaşayam kriminal avtoritetin tapşırığı ilə Marneuli bələdiyyəsində vətəndaşlardan ölümlə və əmlaklarını məhv etməklə hədələyərək külli miqdarda pul tələb ediblər.Tələblərinə imtina cavabı aldıqdan sonra R.A. avtomobilini məhv etmək məqsədi ilə zərərçəkmişlərdən birinin evinin həyətinə Molotov kokteyli atıb, təqsirləndirilən şəxslər başqa vətəndaşın həyətinə hədə-qorxu məktubu və 3 ədəd patron atıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç şəxsi təqsirləndirilən şəxs qismində həbs edib.
Polis patronları sübut kimi götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 25-181 və 19-187-ci maddələri ilə istintaq aparılır”, - məlumatda deyilir.


