09 
Sen
2020
09:15
1326

Koronavirusu məğlub etmək üçün nə qədər vaxt lazımdır? - Mərkəz rəhbərinin AÇIQLAMASI

"Bildiyiniz kimi, dünyada pandemiya davam edir . Əksər ölkələrdə gündəlik hallarda 200 ilə 250 min arasında bir artım var".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze, Baş nazirin rəhbərliyi ilə baş tutan Koordinasiya Şurasının üzvləri ilə hökumət administrasiyasında keçirilən işgüzar görüşdən sonra bildirib.

Hökumət rəhbərliyindən verilən məlumata görə, Amiran Qamğrelidze qlobal olaraq bölgədə və Gürcüstanda "Covid-19"un statistikasına diqqət yetirib.

"Avropa bölgəsində vəziyyət olduqca gərgindir. Bir sıra Qərbi Avropa ölkələrində, xüsusən İspaniya, Fransa və Baltikyanı ölkələrdə virusa yoluxma hallarında ciddi bir artım mövcuddur . Ukraynada, Moldovada, Belarusiyada, eləcə də Orta Asiya ölkələrində və yaxın qonşu ölkələrdə ciddi artım var. Əlbətdə ki, onlarla müqayisədə, bu mərhələdə Gürcüstan, oazis olaraq qalır çünki bizdə yoluxma hallarının sayı nisbətən azdır. 26 fevral tarixindən bu günədək təsdiqlənmiş 1729 hal mövcuddur. Bu gün koronavirusun 45 yeni halı var və bu epidemiya ölkəmizdə başlayan gündən bu günədək ən yüksək saydır.

Əlbətdə ki, bunun panikaya səbəb olmadığını tez-tez qeyd edirik , amma təəssüf ki, əhalimiz, xüsusən də yay aylarında tövsüyyələri unutdu . Bölgədə ən uğurlu biz göründüyümüz üçün Gürcüstanda koronavirus infeksiyasını məğlub etdiyimizə dair bir illüziya yaratdıq. Qeyd edim ki, koronavirus infeksiyasını bir ölkə tək başına məğlub edilə bilməz, bu qlobal bir problemdir və bütün dünya birlikdə bu problemi həll edəcək və bunun üçün ən azı bir il, bir il yarım vaxt lazımdır" - dedi Amiran Qamğrelidze

Bizimlə əlaqə saxlayın