08 
Sen
2020
21:54
1145

Ölkədə virus artmaqda davam edir! Qurumlararası Koordinasiya Şuras vətəndaşlara müraciət etdi

Baş nazirin rəhbərlik etdiyi qurumlararası Koordinasiya Şurası, biznesi və vətəndaşları əlavə islahatların həyata keçirilməməsi üçün Səhiyyə Nazirliyi və mütəxəssislərin tövsiyələrini mümkün qədər yerinə yetirməyə çağırır.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət rəhbərliyindən məlumat verilib.

Verilən məlumata görə, Qiorqi Qaxaria son 24 saat ərzində ölkədə koronavirus infeksiyasının ən yüksək halının qeydə alınması səbəbindən Koordinasiya Şurasının üzvləri ilə işgüzar görüş keçirib.

İclasda epidemioloji vəziyyət baxımından çətinliklər və virusun yayılmasının qarşısını almaq məqsədi daşıyan tədbirlər müzakirə edildi.

İşgüzar görüşdə virusa yoluxma hallarının sayının artmasının qlobal bir tendensiya olduğu, Gürcüstanın da istisna olmadığı, lakin əhalinin sağlamlığına və ölkə iqtisadiyyatına vurduğu zərərin minimuma endirilməsi üçün prosesin idarə olunmasının vacibliyi vurğulandı.

Şura üzvləri, infeksiya hallarının artmasına baxmayaraq, hökumət tərəfindən virusun ölkədə yayılması baxımından vəziyyətə tam nəzarət edildiyini vurğuladılar. Eyni zamanda, Səhiyyə Nazirliyi və mütəxəssislər tərəfindən tövsiyələrin icrasına nəzarətin gücləndirilməsinə diqqət yetirildi.

Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları izdihamlı ortamlardan çəkinməyə, sosial məsafə saxlamağa , ictimai nəqliyyatda olduğu kimi qapalı yerlərdə də maska taxmağa çağırır.

Bizimlə əlaqə saxlayın