08 
Sen
2020
21:36
547

Ana Dolidze müxalifətə: "Seçkilər hələ sona çatmayıb artıq vəzifə bölməyə başlayıblar"

"Bu vədi yerinə yetirmək üçün heç bir istək mövcud deyil. Bu yalnız siyasi bir addımdır. Bu vaxt isə Bidzina İvanaşvilinin təsirinin güclənəcəyinə dair mənfi nəticəsi və Saakaşvilinin qayıdacağı ilə xalqı qorxudacağı ideyası özünü göstərir".

InterPress.ge xəbər verir ki, bu barədə "Xalq üçün" hərəkatın lideri Ana Dolidze Mixeil Saakaşvilinin Gürcüstana qayıdacağı haqqında açıqlaması ilə əlaqəli qeyd edib.

"Mixeil Saakaşvilinin qayıtması ilə bağlı bir çox vədləri var idi ancaq heç birini yerinə yetirməyib. Bu seçki dönəmində öz partiyasının üzvlərinin və seçiciləri həvəsləndirmək və ümid verməkdir. Amma bunun çox təəssüf edici effekti var. Xarici ölkə vətəndaşı baş nazir vəzifəsinə keçə bilməz. Mixeil Saakaşvili Gürcüstan vətəndaşı olsa belə, hüquqi tərəfdən bu vəzifədə ola bilməz. Real olaraq bu vədi yerinə yetirmək üçün heç bir istək mövcud deyil. Bu yalnız siyasi bir addımdır. Bu vaxt isə Bidzina İvanaşvilinin təsirinin güclənəcəyinə dair mənfi nəticəsi və Saakaşvilinin qayıdacağı ilə xalqı qorxudacağı ideyası özünü göstərir.".

Ana Dolidze eləcə də Ağmaşenebeli strategiyasının lideri Qiorqi Vaşadze haqqında da qeyd edib. Onun sözlərinə görə, Qiorqi Vaşadze baş nazir vəzifəsinin diskussiyada qalması üçün milyonlarla pul xərcləyir.

"Qiorqi Vaşadze seçki kampaniyasını iş üzrə aparmaq, əhalinin narahat edən problemləri nəzərə almaq əvəzinə baş nazir vəzifəsini disskusiyada saxlamağa çalışır. Xalq onsuz da siyasətçilərə qarşı ümidlərini itiriblər. Qiorqi Vaşadzenin baş nazir mən olmalıyam kampaniyası xalqda etimadsızlığı daha da artırır. Seçkilər hələ sona çatmayıb artıq vəzifə bölməyə başlayıblar. Baş nazir məsələsinin disskusiyada qalması üçün Qiorqi Vaşadze milyonlarla pul xərcləyir", - dedi Ana Dolidze.

Bizimlə əlaqə saxlayın