08 
Sen
2020
16:19
733

Karantində olan şəxslər seçkilərdə iştirak edəcəklərmi?

"Seçki administrasiyasının tövsüyyələrinə əsasən karantin zonalarında olan seçicilər seçkilərdə iştirak edə biləcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat sözçüsü Ana Mikeladze açıqlama verib.

Mikeladzenin sözlərinə görə, sözügedən məsələ ilə bağlı qərar qəbul etmək üçün mütəxəssislər, müşahidəçi təşkilatlar və siyasi partiyalar bir araya gələcəklər.

“Karantin zonalarında koronavirus əlamətləri olmayan virusdaşıyıcıları ola bilər. Bu halda seçki administrasiyası müəyyən diferensiyaların təşkil etməli olacaq. Hal-hazırda qərar qəbul edilməyib. Virusdaşıyıcılarının seçkilərdə iştirak etməsi məsələsi ilə əlaqədar qərar qəbul etmək üçün mütəxəssislər, müşahidəçi təşkilatlar və siyasi partiyalar bir araya gələcəklər. Seçkilər təhlükəsiz mühitdə baş tutmalıdır. Hər bir vətəndaşın seçkilərdə iştirak etmə hüququ var. Ancaq bu prosesə qoşulmuş insanlar da nəzərə alınmalıdır. Bunlar: Məntəqə- dairə komissiyasının üzvləri, müşahidəçilər, siyasi partiya nümayəndələri, Kütləvi informasiya vasitələridir. Bu məsələ elə həll edilməlidir ki, ümumi konsensus qəbul edilsin”, - dedi Ana Mikeladze.

Onun bildirdiyinə görə, karantin zonalarında seçki dairələrinin açılması baş tuta bilər. Bu karantin zonalarında olan insanların sayından asılı olacaq.

Bundan başqa onun sözlərinə görə, maskadan istifadə etməyən seçici məntəqəyə buraxılmayacaq.

“Seçki administrasiyası seçicini maska ilə təmin edəcək. Bundan başqa hər bir seçiciyə individual qələm vermək məsələsi üzərində də çalışırıq. Seçki komissiyasının üzvləri müvafiq fərlərlə, maskalarla və əlcəklərlə təmin ediləcəklər. Tez tez seçki dairələri məntəqələri xüsusi məhlullarla dezinfeksiya ediləcək”, - deyə Ana Mikeladze qeyd edib.

Bizimlə əlaqə saxlayın