02 
Okt
2024
10:06
339

Tbilisinin 5 gecə klubunda keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb

Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər dələduzluq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze məlumat verib.

 Kapatadzenin sözlərinə görə, xüsusi əməliyyat gecə saatlarında 5 gecə klubunda keçirilib.

Onun sözlərinə görə, saxlanılan şəxslər müxtəlif zorakılıq üsulları ilə xarici ölkə vətəndaşlarından dələduzluq yolu ilə pul tələb ediblər.

"Dələduzluq və hədə-qorxu ilə pul tələb edən 14 nəfər həbs edilib. Həbslər davam edəcək. İstintaqın gedişində yeni rəqəmlər üzə çıxa bilər. Həmin vətəndaşlar xarici ölkə vətəndaşlarından psixoloji və müxtəlif zorakılıq üsulları ilə dələduzluq yolu ilə pul qoparıblar."- Kupatadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər