Ceyhun Məhhəmmədəli Narzalov: Siyasi məkana keçib ölkəmizin rifahı və Avropalı gələcəyi üçün mübarizə aparmaq qərarına gəldim
Çətin və eyni zamanda çox məsuliyyətli bir qərar verməli oldum. Bu gün jurnalist kimi gözümün önündə doğulan əsas Mtavari Arxi ilə vidalaşdım. Bu televiziya mənim üçün həmişə Mtavari olaraq qalacaq.
Interress.ge xəbər verir ki, bu barədə jurnalist "Vahid Milli Hərəkat" partiyasının üzvü Ceyhun Narzalov (Məhəmmədəli) sosial şəbəkədə yazıb.
Narzalov qeyd edib ki, bu gün elə bir zaman gəldi ki, həyatımın yolunu dəyişmək, ölkəmin və xalqımın yanında olmaq mənə vacibdir.
“Çətin və eyni zamanda çox məsuliyyətli bir qərar verməli oldum. Bu gün jurnalist kimi gözümün önündə doğulan əsas “Mtavari Arxi” ilə vidalaşdım. Bu televiziya mənim üçün həmişə Mtavari olaraq qalacaq. Həmçinin, mən siyasi məkana keçib, ölkəmizin rifahı və Avropalı gələcəyi üçün başqa məkandan mübarizə aparmaq qərarına gəldim. Bundan sonra “Birlik-Vahid Milli Hərəkat” sıralarında və parlament siyahısında olmaq mənim üçün böyük şərəfdir.
Bu nöqtəyə çatmaq üçün çətin və eyni zamanda maraqlı bir yol keçdim. Həyatın sınaqlarından mən böyük ictimai məkana gəldim, orada ədalət və vətənin inkişafı üçün mübarizə aparmağı öyrəndim. Həyatımın çətin dövrlərində bir çox görkəmli və yaxşı insanlar yanımda olublar. Buradan Nika Qvaramiyaya və Marneulinin Mərkəzi İmam Əli (ə) Məscidinin icmasına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlara ən çox ehtiyacım olanda yanımda olan bu insanlar idi. Nikaya gəlincə, o, mənim özümü kəşf etdiyim məkanı və qapını açdı. Nikanın dəstəyi ilə “Mtavari Arxi” adlanan komandada həm peşəkar, həm də şəxsən böyüdüm. Bu gün elə bir zaman gəldi ki, həyatımın yolunu dəyişmək, ölkəmin və xalqımın yanında olmaq mənə vacibdir. Çox insana qarşı minnətdarlıq borcum var, zamanla hər kəsə açıq və ictimai şəkildə təşəkkür edib onları dəyərləndirəcəm.
Mənim üçün jurnalist peşəsi və karyerası ilə vidalaşmaq çətin idi. Ancaq bugünkü hakimiyyət bizə başqa seçim qoymayıb, ona görə də qərarımın düzgünlüyünə əminəm. Daha yaxşı Avropa gələcəyi və ölkəmin inkişafa ehtiyacı olduğu yerdə mübarizə aparmağı özümə vacib bildim” - deyə Ceyhu Narzalov qeyd edib.
Məlumat üçün qeyd edək ki, Ceyhun Narzalov (Məhəmmədəli) 2016-cı ildən müxtəlif media qurumlarda jurnalist kimi fəaliyyət göstərmiş, artıq isə siyasətə qoşularaq 2024-cü il parlament seçkilərində "Vahid Milli Hərəkat” partiyasının seçki siyahısında yer alıb.