Paytaxta yeni 18 metrlik avtobuslar gətirilib
Avropa meydanında 18 metrlik MAN avtobuslarının təqdimatı keçirilib.
InterPress.ge xəbər verir ki, gətirilən yeni avtobusları ictimaiyyətə Tbilisi meri Kaxa Kaladze, Tegeta Holding və MAN Truck & Bus şirkətlərinin nümayəndələri ilə birlikdə təqdim edib.
Kaxa Kaladze çıxışında əsas istiqamətlərdən biri avtobus parkının tamamilə yenilənməsi və yeni avtobusların istifadəyə verilməsi olan paytaxtın nəqliyyat siyasətindən danışıb.
“Bizim üçün, bir tərəfdən, qürurverici və eyni zamanda, Tbilisinin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsində iştirak etmək böyük məsuliyyətdir. Çox şadıq ki, paytaxtımızın sakinlərinə müasir, Avropa standartlarına uyğun avtobuslar təklif etmək imkanı bizə verilib. MAN-ın 18 metrlik Avro 6 standartlı avtobusları müasir texniki xüsusiyyətlərlə tam təchiz olunub. Ətraf mühitə uyğun, sıxılmış təbii qazla (CNG) işləyən avtomobillər ətraf mühit üçün digər modellərə nisbətən daha təhlükəsizdir və CO2 emissiyalarını azaltmağa kömək edir. Bu mərhələdə paytaxta 75 ədəd 18 metrlik avtobuslar daxil olub və fəaliyətdədirlər. Bundan əlavə, 25 avtobus mərhələli şəkildə marşrutlar xəttinə paylanacaq. Yaxın vaxtlarda Tbilisiyə 100 yeni 18 metrlik avtobus daxil olacaq. Ümumilikdə 200 ədəd 18 metrlik avtobus Tbilisi əhalisinə xidmət göstərəcək." - deyə kaladze çıxışında bildirib.