Sergey Lavrov: Rusiya Gürcüstanın qonşuları Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır
Moskva Gürcüstana “Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin normallaşdırılması prosesində” “ölkələrin” özləri də maraqlı olarsa, ona kömək etməyə hazırdır.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya təcavüz etməməyə dair razılaşmaların təmin edilməsi yolu ilə münasibətlərin normallaşdırılmasında maraqlı olarsa, kömək etməyə hazırdır.
“Gürcüstanın indiki rəhbərliyi sadəcə olaraq keçmişi səmimi qiymətləndirir, onlar dedilər ki, “biz tarixi barışıq istəyirik” və bu barışıq hansı formada baş verə bilər, ölkələr özləri , həmçinin Abxaziya və Cənubi Osetiya da qərar vrrməlidir.Onlar Gürcüstanın qonşularıdır və müəyyən təmaslar qaçılmazdır, əgər bütün tərəflərdən təcavüz etməmək barədə razılaşmaları təmin etməklə bu münasibətləri normallaşdırmaq marağı olarsa, tərəflər maraqlı olarsa, biz kömək etməyə hazır olacağıq”, - deyə Lavrov bildirib.