Ğaribaşvili: 2012-ci il oktyabrın 1-də Mixeil Saakaşvilinin qanlı rejimi həmişəlik keçmişdə qaldı
“Artıq 12 ildir ki, anti-dövlət və antimilli, xalqımızı soyan və xarici qüvvələrə xidmət edən agentdən birdəfəlik xilas olmuşuq”.
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Telavidə seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ğaribaşvilinin sözlərinə görə, 2012-ci il oktyabrın 1-də Mixeil Saakaşvilinin qanlı rejimi həmişəlik keçmişdə qalıb.
“Hamımız xatırlayırıq və bilirik ki, o inanılmaz şər üzərində qələbə yalnız fədakarlıq və barışmaz mübarizə nəticəsində mümkün olub. Amma təbii ki, demək olar ki, ümidsiz vəziyyətdə olan xalqa bu bəlaya qarşı mübarizədə qəti qələbə qazandıran əsas amil partiyamızın qurucusu və lideri cənab Bidzina İvanişvilinin fədakarlığının və böyüklüyünün şəxsi nümunəsi oldu. 2012-ci il oktyabrın 1-də biz liderimizin rəhbərliyi altında qanlı Saakaşvili rejimini, xalqın terroru və qorxusunu, gürcü xalqının ləyaqətinin tapdanmasını, söz və media azadlığının boğulmasını, dinc nümayişlərin dağıdılması, məhbusların işgəncələrə məruz qalması və gənclərin küçələrə atılması, ən əsası isə müharibə, torpaqlarımızın itirilməsi və və hədiyyə edilməsini keçmişdə qoyduq ” - deyə İrakli Ğaribaşvili bildirib.