27 
Sen
2024
22:39
176

Baş nazir: ABŞ ilə münasibətlərdə status-kvonu nəzərdən keçirə bilərik

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ ilə münasibətlərdə status-kvonun nəzərdə keçirilə biləcəyini deyib.

InterPress.ge xəbər verir ki, Baş nazir jurnalistlərlə söhbəti zamanı hər şeyin Amerika tərəfindən asılı olduğunu bildirib.

“Münasibətlər belə davam etməməlidir. Əks halda hazırkı status-kvonu nəzərdən keçirməli olacağıq”, - o qeyd edib.

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan tərəfinin kommunikasiya problemi yoxdur:

“Tbilisidə görüşlər keçirilib, o cümlədən bir neçə gün əvvəl səfirlə də görüşülüb. Bizim ünsiyyət problemimiz yoxdur. Biz mesajı Amerika tərəfi ilə çox aydın şəkildə paylaşdıq və bu ismarış onların arasında da açıqlandı. Dedik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu nəzərdən keçirməli olacağıq. Bu bizə müxalif olan hadisələrdir. Hər şey Amerika tərəfdən asılıdır”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər