27 
Sen
2024
11:42
874

Əhməd İmamquliyev: Mənim razılığım olmadan siyahıya salınmışam

Siyasətci Əhməd İmamquliyev öz razılığı olmadan "Vahid Milli Hərəkat" partiyasının proporsional seçki siyahısına adının yazılmasına etiraz edərək, adının çıxarılması barədə Vahid Milli Hərəkat (VMH) partiyasının sədrinə müraciət edib.

InterPress.ge xəbər verir ki, sosial şəbəkə üzərindən müraciət ünvanlayan İmamquliyev, razılığı olmadan adını siyahıya salındığını bildirib.

"Buradan Vahid Milli Hərəkat Partiyasının sədri xanım Tina Bokuçavaya müraciət edirəm ki, mənim adımı təcili olaraq parlament siyahınızdan çıxarın. Mənim razılığım olmadan adımı "Vahid Milli Hərəkatın" parlament siyahısına salıblar.  Kimki mənim adımı sizin parlament siyahısına yazıb və məni təhqir edəcəyini və ya məni alçaldacağını düşünübsə, o, ilk növbədə məsuliyyətsiz bir heçnədir. Qalanları isə @&#%*+£!& bunu açıq şəkildə burada yaza bilmirəm" - deyə Əhməd İmamquliyev yazır.

Bizimlə əlaqə saxlayın