İrakli Kobaxidze: Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi bir faktdır
Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu heç kimin inkar etmədiyi bir faktdır.
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı Rusiyanın niyə adını çəkmədiyi sualına belə cavab verib.
Kobaxidzenin sözlərinə görə, o, çıxışı zamanı işğaldan danışıb.
“Söhbət işğaldan, Abxaziyadan və Sxinvali bölgəsindən gedirdi. Biz Gürcüstanın ərazi bütövlüyündən danışırdıq, bütün bu mövzulardan danışırdıq. Rusiya Federasiyası onu işğal edib, hamı bunu çox gözəl bilir, biz Avropa Birliyinə bunu etiraf etdirə bilmədik. Mən Birləşmiş Millətlər Təşkilatında işğaldan danışdım. “Rusiya Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu, heç kimin inkar etmədiyi faktdır”, - Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, İrakli Kobaxidze ABŞ-da səfərdə olub və orada BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.


