27 
Sen
2024
10:07
251

Dövlət idarələrində bayraqlar endirilib

Suxuminin düşməsinin 31-ci ildönümü ilə əlaqədar və Abxaz müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədilə Gürcüstanın dövlət idarəlində bayraqlar endirilib. 

InterPress.ge xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, Gürcüstanın bütün ərazisində, inzibati orqanların binalarında dövlət bayraqları endiriləcək.

Suxuminin düşməsinin 31-ci il dönümü ilə əlaqədər Gürcüstan Hökümət binasında, Gürcüstan Parlament binasında, Daxili İşlər Nazirliyinin binasında, Müdafiə Nazirliyinin binasında, Gürcüstan prezident administrasiyası binasında və eləcədə Gürcüstanın bütün ərazisində, inzibati orqanların binalarında dövlət bayraqları endirilib.

Məlumat üçün qeyd edək ki, Abxaziyada hərbi münaqişə 1992-ci il avqustun 14-də başlayıb. Müharibə 13 ay 13 gün davam edib.

Bizimlə əlaqə saxlayın