26 
Sen
2024
21:37
363

Ədliyyə naziri: “Həkimlər tövsiyə edən kimi üçüncü prezident cəzaçəkmə müəssisəsinə qayıdacaq”

“Mixeil Saakaşvilinin vəziyyəti yaxşılaşıb”

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti haqqında jurnalistlərə ədliyyə naziri Rati Breqadze bildirib.

Onun sözlərinə görə, həkimlər tövsiyə edən kimi üçüncü prezident cəzaçəkmə müəssisəsinə qayıdacaq.

“Mən Mixeil Saakaşvilinin səhhətinin həqiqətən yaxşılaşdığını elan etməkdən məmnunam. Həkim tövsiyəsi olanda o, mütləq cəzaçəkmə müəssisəsinə qayıdacaq”, - Rati Breqadze bildirib.

Bizimlə əlaqə saxlayın