26 
Sen
2024
15:54
150

Marneulidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib - VİDEO

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 27 sentyabr Anım Gününə həsr olunmuş "Xatirəniz Əbədi, Adınız Ölməzdir" adlı anım tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə 44 günlük Vətən Müharibəasində Gürcüstan əsilli şəhidlərin ailə üzüvləri, Azərbaycanın Gürcüstandakı Səfriliyinin nümayəndəsi Cavid Məhərrəmov, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli Bələdiyyə məclisnin sədr müavinləri Rövşən İsgəndərov və digər ictimayyət nümayəndələri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqların 44 günlük Vətən müharibəsində azad edildiyini diqqətə çatdırıb. O bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Bu müharibədə Azərbaycan xalqı şəhidlər verdi. Qədirbilən xalqımız şəhidlərin xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. “Gürcüstanda yaşayan soydaşlarımız da şəhidlərimizin xatirəsini daim əziz tuturlar”, - deyə M.İmanov vurğulayıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək deyib ki, hər il 27 Sentyabr - Anım Günündə xalqımız Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarının xatirəsini ən dərin ehtiramla yad edir. Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir.

Bunun həm də böyük ictimai-siyasi və mənəvi əhəmiyyəti var. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqının milli vətənpərvərlik hissi olduqca yüksəkdir. Vətən müharibəsində oğullarını itirən atalar qürurla “Vətən sağ olsun!” deyərək, övlad faciəsi yaşayan analar onlara təqdim olunan Azərbaycan Bayrağını bağırlarına basaraq əsl vətənpərvərlik örnəyi nümayiş etdirirdilər”, deyə C.Məhərrəmov bildirib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə, eləcə də ondan sonrakı müddət ərzində hər zaman Azərbaycana mənəvi dəstək verib. Marneulidə və eləcədə Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib.

Sonra Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli Bələdiyyə məclisinin sədrinin müavini Rövşən İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, parlamentin sabiq deputatlar Azər Süleymanov, Mahir Dərziyev və başqaları çıxış edərək Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığı barədə fikirlərini bölüşüblər.

Daha sonra ikinci Vətən Müharibəsinin Gürcüstan əsilli şəhidlərinin ailə üzüvləri adından, Dmanisidən olan şəhid Alı Həsənlinin dayısı Şahlar Məmmədov və Bolnisi rayonundan olan Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova çıxış ediblər.

Onlar çıxışlarında bildiriblər ki, Şəhidlərə və onların ailə üzüvlərinə Azərbaycan dövləti və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən daima diqqət və qayğı göstərilir.

Bizimlə əlaqə saxlayın