Prokurorluq dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə təqsirli bilinən üç nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu üç nəfərə qarşı qabaqcadan razılaşma ilə qrup tərəfindən külli miqdarda vəsaitin dələduzluq yolu ilə əldə edilməsi faktları üzrə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, Bununla bağlı Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində şirkətlərdən birinə 146 400 lari külli miqdarda maddi ziyan dəyib.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər külli miqdarda gəlir əldə etmək məqsədilə fəaliyyətinə avtomobillər üzərində qeydiyyatlı girov qoyularaq kreditlərin verilməsini təşkil edən “T-N Gold” MMC şirkəti ilə kredit və girov müqaviləsi bağlayıblar və iki avtomobili girov kimi təqdim edilb. Təqsirləndirilən şəxslər pulu aldıqdan sonra şirkətin icazəsi və məlumatı olmadan girov qoyulmuş avtomobilləri başqasının adına rəsmi qaydada yenidən rəsmiləşdirərək ölkədən çıxarıblar. Şirkətə 146 400 lari məbləğində maddi ziyan dəyib.
Sentyabrın 24-də hüquq-mühafizə orqanları hakimin hökmü əsasında iki təqsirləndirilən şəxsi həbs edib, bir nəfər isə Gürcüstanda olmadığı üçün onun barəsində qiyabi cinayət təqibi başlayıb. Hər üç şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a” hissəsi və 3-cü hissəsinin “b” hissəsi ilə ittiham irəli sürülüb.
Cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.