Kobaxidze Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı: Dəvət 3 gün əvvəl göndərilib və sonra ləğv edilib - bu, müxalifətin xeyrinə bir növ humanitar addım idi
"3 gün əvvəl dəvət göndərdilər sonra ləğv olundu, bu qeyri-ciddidir"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda gürcü jurnalistlərə ABŞ prezidenti Co Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, bu, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi, baxmayaraq ki, müxalifət üçün də praktiki effekt verməyəcək.
“Bu barədə xüsusi şərh verə bilməyəcəm. Bu ciddi deyil, 3 gün əvvəl dəvət göndəriblər, sonra ləğv edilib. Bu, bir növ müxalifətin xeyrinə humanitar addım idi, baxmayaraq ki, müxalifət üçün də praktiki effekti olmayacaq. Bu mövzuda daha çox şərh vermək mənim üçün çətin olacaq”, - deyə İrakli Kobaxidze bildirib.


