İrakli Kobaxidze: Biz öz regionumuzu, Cənubi Qafqazı münaqişə zonasından imkanlar bölgəsinə çevirmək üçün hər cür səy göstəririk
Sülhün qiymətini dərk edərək, biz öz regionumuzu, Cənubi Qafqazı münaqişə zonasından imkanlar bölgəsinə çevirmək üçün bütün səyləri göstəririk.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT Təhlükəsizlik Şurasının əsas mövzusu “Liderlər sülh naminə: BMT nizamnaməsinə hörmətlə birləşib, təhlükəsiz gələcək axtarışında” olan iclasında çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli prosesini alqışlayır.
“Biz Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli, bununla da regional əməkdaşlıq, etimadın, birliyin möhkəmləndirilməsi və ümumi gələcəyin təmin edilməsi üçün platformanın yaradılması prosesini ürəkdən alqışlayır və şadıq”, - deyə baş nazir bildirib.


