Gürcüstanda karantin elan ediləcək? - AÇIQLAMA
"Hal-hazırda karantinin elan edilməsinə ehtiyyac yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə Marina Ezuqbaia açıqlama verib.
Onun bildirdiyinə görə, xəstəliyi idarə edə bilmək üçün islahatlara riayət etmək lazımdır.
"Düşünmürəm ki, karantin elan etməyə ehtiyyac duyulsun, çünki gördüyünüz kimi necə vaxtında addımlar atılır, müdaxilələr edilir. Ölkə xəstələri aşkar etmək, prevensiv və izolyasiya tədbirləri görmək gücünə malikdir.
Özünütəcrid və ya karantin zonasına yerləşdirmək xəstənin vəziyyətindən asılıdır. Əgər evdə təcrid oluna bilirlərsə ev şəraitində özünütəcriddə qala bilərlər.
Əgər biz islahatları düzgün idarə edə bilsək - məsafəni qorusaq və əllərimizin gigiyenasına riayət etsək, maskadan istifadə etsək bu xəstəliyin idarəedilməsi üçün mənbə olacaq", - dedi Ezuqbaia.


