Ana Natsvlişvili: Antikorrupsiya bürosu repressiv mexanizmə çevrilib
Korrupsiyaya qarşı mübarizə bürosu repressiv mexanizmə çevrilib. Korrupsiyaya qarşı mübarizə aparmaq əvəzinə, siyasi partiyaları və vətəndaş sektorunun nümayəndələrini, seçərək hədəfə alıb izliyəyir.
InterPress.ge xəbər verir ki, bu barədə mediaya “Güclü Gürcüstan”ın liderlərindən olan Ana Natsvlişvili bildirib.
Natsvlişvilinin sözlərinə görə, Gürcüstanın istənilən şəhərində korrupsiya “birbaşa üzünüzə baxır” və bu fonda Korrupsiyaya Qarşı Mübarizə Bürosu qanunla müəyyən edilmiş öhdəliyi nə dərəcədə yerinə yetirib və hansı bir korrupsiya faktı aşkar edilmişdir deyə sual yaranır.
“Korrupsiyaya qarşı mübarizə bürosunun yaradılmasının əsas funksiyası və qanuni məqsədi ondan ibarət idi ki, büro vətəndaşların maliyyəsini qorusun ki, bu vəsait məmurlar tərəfindən ələ keçirilməsin və hakimiyyətdə olanların qanunsuz varlanması üçün istifadə olunmasın. Bu, korrupsiyaya qarşı mübarizə bürosunun yaradılması vəzifəsi idi. Biz görürük ki, Korrupsiyaya Qarşı Mübarizə Bürosu büdcəni oğurluqdan qorumaq üçün heç bir iş görmür. Əvəzində, siyasi partiyaları və vətəndaş sektorunun nümayəndələrini hədəfə alan, seçmə şəkildə repressiv mexanizmə çevrilib. Bu, azad və bərabər seçki mühitinin fundamental prinsiplərini pozan ən aydın ifadə olunan repressiv mexanizmlərdən biridir”, - Ana Natsvlişvili bildirib.


