24 
Sen
2024
14:48
423

Marneulinin İmir kənd sakinləri etiraz edir - VİDEO

23 sentyabr tarixində, Marneuli bələdiyyəsinin İmir kəndində kənd sakinləri yeni tikilən məktəbin 8 illik olduğunu iddia edərək etiraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, tikintinin aparıldığı əraziyə toplaşan sakinlər tikintinin dayandırılmasını və layihəyə yenidən baxılmasını tələb edirlər.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı kənd əhalisi arasında 300-ə yaxın imza toplanaraq Marneuli bələdiyyəsinə təqdim olunub, lakin heç bir rəsmi cavab verilməyib və müraciət olunduqdan dərhal sonra məktəbin tikiləcəyi ərazidə qazıntı işlərinə başlanılıb. Onlar bildirirlər ki, kəntdə təxminən 700 yaxın uşaq var və şagirdlər 9 illik təhsilini başa vurduqdan sonra təhsillərini davam etdirmək üçün qonşu kəndə getməli olur. Əraziyə toplaşan sakinlər, şagirdlərin ana dilində və dövlət dilində təhsil ala bilmələri üçün 12 illik məktəbin tikilməsini tələb etdiklərini bildiriblər.

Daha ətraflı video materialda: 

Bizimlə əlaqə saxlayın