24 
Sen
2024
10:09
204

Avropa Şurasının müşahidə missiyasının üzvləri parlament çoxluğu və müxalifət nümayəndələri ilə görüşəcək

Avropa Şurasının müşahidə missiyasının üzvləri ilə parlament çoxluğu və müxalifət nümayəndələrinin görüşü keçiriləcək.

InterPress.ge xəbər verir ki, nümayəndə heyətinin müxalifətlə görüş bu gün saat 15:10-da, parlament çoxluğunun üzvləri ilə isə 15:50-də baş tutacaq.

Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) altı nəfərdən ibarət nümayəndə heyəti seçki kampaniyasını və siyasi ab-havanı qiymətləndirmək üçün Gürcüstanda seçkiqabağı səfərdədir. Avropa Şurası Parlament Assambleyasının saytında yayılan məlumata görə, Julian Bulainin (Rumıniya, ALDE) başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-24-də Gürcüstana səfər edib.

Nümayəndə heyəti Tbilisidə Gürcüstan prezidenti, parlamentin sədri, daxili işlər nazirinin müavini, parlament çoxluğunun və müxalifətin üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə görüşəcək. Rabitə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın