“ABŞ Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən çox narahatdır” - ABŞ səfirliyi
“Biz mümkün sanksiyalar elan etmirik... ABŞ Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən çox narahatdır”.
InterPress.ge xəbər verir ki, "Mtavari Arxi"nın bununla bağlı sualını ABŞ-ın Gürcüstandakı səfirliyi cavablandırıb.
- Sanksiyalarla bağlı konkret qətnamə var, orada Rusiyaya yardım edən, Rusiya kəşfiyyatının tapşırıqlarını yerinə yetirən şəxslərin məsuliyyəti qeyd olunur. Bu Bidzina İvanişviliyə də aid edilə bilərmi?
- Biz mümkün sanksiyalar elan etmirik və elan edəcək heç nəyimiz yoxdur. Vurğulayırıq ki, ABŞ Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən, ABŞ və Qərbə qarşı dezinformasiya və mənfi ritorikasından çox narahatdır. Dövlət katibi Blinkenin dediyi kimi, hökumətin hərəkətlərinə cavab olaraq ikitərəfli münasibətlərimizin hərtərəfli nəzərdən keçirilməsi davam etdiriləcək və biz həmişə ixtiyarımızda olan bütün vasitələrdən istifadə etmək hüququnu özümüzdə saxlayırıq".


