23 
Sen
2024
21:36
287

Zurabişvili: “Gürcü Arzusu” və İvanişvilinin siyasəti açıq-aydın gündən-günə daha çox rusiyapərəstləşir

“Gürcü Arzusu” və İvanişvilinin siyasəti açıq-aydın gündən-günə daha çox rusiyapərəstləşir... Bu, artıq rusiyayönlü olmaq deyil, rusluqdur”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili xüsusi brifinqdə deyib.

“Gürcü Arzusu” və İvanişvilinin siyasəti getdikcə daha aydın şəkildə rusiyapərəstləşir. Bu ölkədə olan əsas şeyləri onlara vermək deməkdir. Bu, artıq rusiyayönlü olmaq deyil, rusluqdur.

Onların kampaniyası yoxdur. Bu ilin əvvəlindən ora-bura pul paylamaqdan başqa heç bir iş görməyiblər. Seçkiqabağı təşviqat adlanan zamanda səs toplamaq üçün heç nə edilməyib”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər