Kaxa Kaladze: Seçkilərin tarixi yaxınlaşdıqca, viza liberalizasiyasının ləğv etdikləri barədə bəyanatlar fəallaşır, bu şantajdır
Seçkilərin tarixi yaxınlaşdıqca, viza liberalizasiyasının ləğv etdikləri, proseslərə, konkret addımlara başladıqlarına dair bəyanatlar fəallaşır, bu, şantajdır.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxtın meri, “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, vizanın liberallaşdırılmasının dayandırılması kifayət qədər çətin prosesdir.
“Mümkün qədər şantaj gedir. Seçkilərin tarixi yaxınlaşdıqca, viza liberalizasiyasının ləğv etdikləri, proseslərə, konkret addımlara başladıqlarına dair bəyanatlar fəallaşır, bu, şantajdır. Xarici müdaxilədən danışanda bu faktlar öz sözünü deyir. Ekspertlər və siyasi partiyalar inkar etmirlər ki, seçkilər nə qədər yaxın olsa, bu tipli bəyanatlar bir o qədər şiddətlənəcək” - Kaladze bildirib.


