İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək
Gürcüstanın baş naziri İrakli Kobaxidze sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.
InterPress.ge xəbər verir ki, məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Onların məlumatına görə, hökumət başçısı sentyabrın 22-26-da Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
"İrakli Kobaxidze Nyu-Yorka səfəri çərçivəsində Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz və Namibiya prezidenti Nanqolo Mbumbanın təşkilatçılığı ilə keçiriləcək "Gələcək sammiti"ndə iştirak edəcək. Hökumət başçısı ABŞ prezidenti Co Bayden və xanımı Cil Bayden adından Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək"-məlumatda bildirilib.


