21 
Sen
2024
21:16
436

Sentyabrın 23-24-də AŞPA nümayəndə heyəti seçkiqabağı səfərlə Gürcüstana gələcək

Sentyabrın 23-24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti seçkiqabağı səfərlə Gürcüstana gələcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Avropa Şurası Parlament Assambleyasının rəsmi saytında yerləşdirilib. 

Rumıniyalı deputat Julian Bulainin başçılıq edəcəyi 6 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində parlament seçkiləri öncəsi siyasi ab-havanı dəyərləndirəcək və səfər başa çatdıqdan sonra bəyanat dərc edəcək.

Məlumata görə, nümayəndə heyəti digərləri ilə yanaşı, Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, daxili işlər nazirinin müavini, MSK sədri və üzvləri, Rabitə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Bürosu, parlament çoxluğu və müxalifət üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşəcək.

Press-relizdə qeyd olunur ki, parlament seçkiləri günü - oktyabrın 26-da nümayəndə heyəti digər beynəlxalq müşahidəçilərlə birlikdə ölkəyə səfər edəcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər