20 
Sen
2024
17:30
591

Marneulidə "Marneuloba 2024" xalq bayramı qeyd olunub - VİDEO

20 sentyabr tarixində, Marneuli də "Yenə də böyüyəcəklər" abidəsinin ətrafındakı parkda "Marneuloba 2024" xalq bayramı qeyd olunub.

InterPress.ge xəbər verir ki, təbirdə Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli və Qardabani majoritar deputatı Zaur Dargallı, bələdiyyə məclisinin sədri Amiran Giorgadze, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin birinci müavini Lia Qiqauri və digər rəsmi şəxslər iştirak edib.

Tədbir çərçivəsində yerli sahibkarların məhsulları sərgilənib və sözügedən məhsulların satışı təşkil olunub. Bundan əlavə, Marneulinin inzibati ərazi vahidlərinə daxil olan yaşayış məntəqələrinin mədəniyyət və həyat tərzlərini nümayiş etdirən sərgilər təşkil edilib. Ənənəvi gürcü, Azərbaycan və erməni mətbəxlərindən yeməklər təqdim olunub.

Daha ətraflı Video materialda təqdim edirik:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər