20 
Sen
2024
12:40
219

Yerli bazar üçün istehsal olunan sənaye məhsullarının istehsalçı qiymətləri indeksi azalıb

Yerli bazar üçün istehsal olunmuş sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,2 faiz azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

 Qurumun məlumatına görə, qeyd olunan dövrdə emal sənayesi məhsulları qrupu üzrə qiymətlərdə 0,3 faiz ucuzlaşma qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə yerli bazar üçün istehsal olunmuş sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 6,2 faiz artıb.

Mədənçıxarma və karxana emalı məhsullarının qiymətləri 11,9 faiz, emal sənayesi məhsullarının qiymətləri 5,0 faiz, elektrik enerjisi, qaz, buxar və kondisionerləşdirmə 9,3 faiz, su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və meliorasiya xidmətlərinin qiymətlərində isə 9,2 faiz artımı qeydə alınıb”, - məlumatda qeyd edilir.

Bizimlə əlaqə saxlayın