19 
Sen
2024
15:48
428

7 noyabr işi üzrə Mixail Saakaşvilinin məhkəməsi davam edir

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onunla birgə 7 Noyabr işi üzrə təqsirləndirilən sabiq yüksək vəzifəli şəxslərin məhkəməsi davam edir.

InterPress.ge xəbər verir ki, məhkəmə iclasına “Vivamedi” klinikasından Mixail Saakaşvili distant rejimdə iştirak edir.

Bu gün proses ittiham tərəfinin dəlillərinin araşdırılması ilə davam edir.

Məlumat üçün bildirək ki, dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də etirazçılara kütləvi basqın etməkdə, “İmedi” teleşirkətinə soxulmaqda və Badri Patarkatsişviliyə məxsus əmlakı cinayət yolu ilə ələ keçirməkdə ittiham olunur.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb, bu, fiziki və ya hüquqi şəxsin, cəmiyyətin hüquqlarının və ya qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərini aşma deməkdir. Qeyd olunan ittiham 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan işdə Saakaşvili ilə yanaşı, Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər