19 
Sen
2024
14:31
286

Rus işğalçıları Zemo Artsevi yaxınlığında Gürcüstan vətəndaşını həbs ediblər

İşğal altında olan Zemo Artsevi kəndini əhatə edən ərazidə Gürcüstan vətəndaşı Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, - Dövlət Təlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər