MSK siyasi partiyalara parlament seçkiləri üçün öz partiya siyahısını elektron şəkildə təqdim etmək imkanı verir
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyalara parlament seçkilərində öz partiya siyahısını elektron şəkildə təqdim etmək imkanı verir.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumata əsasən, MSK-da partiya siyahılarının elektron platformadan istifadə etməklə təqdim edilməsi və qeydiyyatı proseduru ilə bağlı işçi iclas keçirilib. İclasda MSK-nın təklifinə cavab olaraq partiya siyahılarının və ona əlavə edilmiş sənədlərin elektron qaydada təqdim edilməsi barədə qərar qəbul edən siyasi partiyaların nümayəndələri iştirak ediblər. Görüşdə elektron platformadan istifadə ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
“2024-cü il oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək seçkilərdə partiyaların qeydiyyatdan keçmək üçün elektron platformadan istifadə etməklə partiya siyahısını təqdim edə biləcəyi MSK-nın qərarına edilən dəyişiklik sentyabrın 10-dan qüvvəyə minib. Bundan sonra MSK seçkilərdə qeydiyyatdan keçmiş partiyalara siyahıların elektron formada təqdim olunmasını təklif edib. Altı partiya qeyd olunan qaydada partiya siyahısını təqdim etmək qərarına gəlib.
Xatırladırıq ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə qeydiyyatdan keçmiş siyasi birliklər sentyabrın 26-dək partiya siyahılarını təqdim etməlidirlər”, - məlumatda deyilir.


