Mamuka Xazaradze və Giorgi Qaxaria arasında danışıqlar bu gün davam edəcək
“Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze ilə “Qaxariy Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya arasında danışıqlar bu gün Orbeliani sarayında davam edəcək.
InterPress.ge xəbər verir ki, İitifaqla bağlı məsləhətləşmələr günortaya planlaşdırılıb.
Xatırladırıq ki, dünən müxalifət liderlərinin Orbeliano sarayında keçirilən görüşü gecə saatlarında başa çatıb.
Mamuka Xazaradzenin görüşdən sonra dediyinə görə, danışıqların ləngiməsi vəzifə bölgüsü və seçki siyahıları ilə bağlı deyil.
Digər tərəfdən, Giorgi Qaxariyanın sözlərinə görə, artıq müəyyən məsələlərlə bağlı razılaşmalar var.
Onu da xatırladırıq ki, “Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze ilə “Qaxariya – Gürcüstan naminə”nin lideri Giorgi Qaxaria arasında ilk görüş sentyabrın 17-də baş tutsa da, tərəflər konkret qərar qəbul etmədən görüş başa çatıb.
Xatırladırıq ki, Prezident Salome Zurabişvili sentyabrın 16-da liderləri ittifaqı müzakirə etmək üçün Orbeliani sarayına dəvət edib.


