Davit Şerazadişvili seçkiqabağı kampaniya çərçivəsində görüşlərini Tetritskaroda davam etdirir
“Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Tetritskaro bələdiyyəsinin Koda, Muxati kəndlərinin, məcburi köçkünlərin və Fabrik qəsəbələrinin sakinləri ilə görüşüb.
InterPress.ge xəbər verir ki, nümayəndə əhaliyə 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışıb.
Görüşdə “Gürcü Arzusu”nun həyata keçirdiyi layihələrdən danışılıb, yerlərdə mövcud olan problemlər dinlənilib. Davit Şerazadişvilinin sözlərinə görə, 2008-ci ilin avqust müharibəsi nəticəsində öz yurdundan didərgin düşmüş insanlar sülhün qiymətini çox yaxşı bilirlər.
“Müharibənin nəticələrini biz çox yaxşı bilirik və buna görə də sülhü seçirik", - deyə 2008-ci ilin avqust müharibəsindən zərər çəkmiş məcburi köçkün Madonna Okropiridze bu sözlərlə hakim komandanın nümayəndələrinə müraciət edib.
“2008-ci ilin avqust müharibəsi nəticəsində didərgin düşmüş insanlar sülhün qiymətini çox yaxşı bilirlər.
Bu insanlarla söhbət bizi bir daha əmin etdi ki, bizim siyasi baxışımızla əhalimizin baxışı üst-üstə düşür. Ona görə də onların dəstəyinə ümid edirəm!”, - deyə Davit Şerazadişvili bildirib.
Görüşdə Gürcüstan parlamentinin üzvü Qoderdzi Çankseliani, Tetritskaro bələdiyyəsinin meri Qiorqi Tsiklauri və Sakrebulo bələdiyyəsinin sədri Qoça Tedoradze də iştirak ediblər.




