Baş nazir xəbərdarlıq edib
'Hər kəs Gürcüstanın konstitusiyasına və qanunvericiliyinə tabe olmalıdır".
InterPress.ge xəbər verir ki, bunu Baş nazir Kobaxidze ABŞ-ın tətbiq etdiyi maliyyə sanksiyaları ilə bağlı bildirib.
Kobaxidze sanksiyaların tətbiqi ilə bağlı banklara bir növ göstəriş verib:
"Heç kim Gürcüstan konstitusiyası çərçivəsindən kənara çıxa bilməz. Konstitusiyanın öz çərçivəsi var. Bizim konstitusiyamız və qanunvericiliyimiz var və Gürcüstanda hamı Gürcüstan konstitusiyasına və qanunvericiliyinə hörmət etməlidir. Qalanlarına birlikdə baxacağıq", - deyə İrakli Kobaxidze bildirib.
ABŞ-ın dörd Gürcüstan vətəndaşına qarşı maliyyə sanksiyaları tətbiq etməsindən sonra Gürcüstan Banklar Assosiasiyası kommersiya banklarının beynəlxalq sanksiyaların tələblərinə əməl edəcəyini açıqlayıb.


